Mərc oyunundan qazandığı pulları əl arabası ilə daşıdı:

ABŞ-da idman mərc oyununda 75 milyon dollar əldə edən “MattressMack" ləqəbli Cim Makinqvale qazandığı pulun 10 milyon dollarını əl arabası ilə daşıması gündəm olub.

Metbuat.az xəbər verir ki, o pulları əl arabasına yükləyərək, təyyarəyə daşıyıb. Məlumata görə, 71 yaşlı şəxs mebel mağazasının sahibidir. O, mərc oyununda 10 milyon dollar oynayıb. Beysbol oyunu barədə düzgün proqnoz yazan şəxs, 75 milyon dollar qazanıb.

71 yaşlı şəxs sosial mediada paylaşdığı videoda daşıdığı pulun çox ağır olduğunu deyib. Qeyd edək ki, 75 milyonluq uduş idman mərc oyunlarının ən böyük uduşudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR