Aftandil İsrafilovun musiqiçi qardaşı da xəstəxanaya yerləşdirildi

Xalq artisti Aftandil İsrafilovun özü kimi qarmon ifaçısı olan qardaşı Ənuşirəvan İsrafilov da xəstəxanaya yerləşdirilib.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə müğənni Fədayə Laçın məlumat verib: “Gənc yaşlarımdan mənə həmişə dəstək olan gözəl insan Aftandil İsrafilov. Allah sizə şəfa versin. Bir möcüzə olsun. Siz də, qardaşınız Ənüşirəvan İsrafilov da tezliklə sağalın, evinizə, ailənizə dönün. Sizi sevirik, dualarımızdasınız”.

Qeyd edək ki, qarmon ustası Aftandil İsrafilov ötən ilin noyabr ayından bəri xəstəlikdən əziyyət çəkir. Son dəfə mart ayında reanimasiyaya yerləşdirilən sənətçinin vəziyyəti kritikdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR