Kütləyə, ayrı-ayrılıqda insanların həyatına təsir edə bilmək və toplumu arxasınca aparmağın müasir yolu sosial mediadan keçir. Nə qədər inkar etsək də bu gün sosial media həyatımızın ayrılmaz bir parçasıdır.
Özbəkistanlı influencer Gülçöhrə Jamilova sosial mediada öz kütləsi olan gənclərdəndir. Sosial şəbəkələrdə motivator-bloger kimi aktiv fəaliyyət göstərən influencer “Guli Happy life” Instagram səhifəsi ilə xanımların həyatında demək olar ki, mayak rolunu oynayır. Bura həyata dair hər şey daxildir: Xanımların xoşbəxt hiss etməsi üçün motivasiya, evdarlığın sirləri, uşaqların düzgün tərbiyəsi və s.
Qadınlar üçün təşkil etdiyi seminar-şoularla həmcinslərinin qəlbini fəth edən Gülçöhrə Jamilova mütəmadi olaraq onlar üçün müəllif kursları və marafonlar təşkil edir. Gülçöhrə xanım qadınları adi evdar xanım səviyyəsindən xoşbəxt və güclü qadın olmağı öyrədən motivatordur!
Tanınmış influencer Gülçöhrə Jamilova 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Well-Known Influencer of the Year” nominasiyasına layiq görülüb.


