Beynəlxalq sertifikatlı ginekoloq Malika Adilova ölkəmizdə təltif olundu

Qadın fiziologiyası, xəstəlikləri və bu xəstəliklərin, diaqnostikası və müalicəsini öyrənən sahə ginekologiyadır. Ginekologiyanın müasir qolu isə estetik ginekologiyadır. Estetik ginekologiya müasir qadın üçün şərtdir.

Özbəkistanlı mama-ginekoloq, plastik cərrah, ultrasəs müayinəsi üzrə mütəxəssis Malika Adilova artıq 15 ildən çoxdur ki, bu sahədə təcrübəyə malikdir. Qadın xəstəliklərinin erkən diaqnozu və müalicəsi xərçəngdən qorunmanın ən önəmli addımdır.

Birinci kateqoriyalı həkim olaraq Malika Adilova bu işin öhtəsindən gəlir. Bu günə qədər 100-dən çox beynəlxalq forum və seminarlarda iştirak edən peşəkar həkim beynəlxalq təcrübəsi öz işində uğurla tətbiq edir. O, dünyanın aparıcı ölkələrində məruzlərlə çıxış edib və bir çox beynəlxalq elmi jurnallarda məqalərələri dərc olunub.

Ginekoloji xəstəliklərin müalicəsi üzrə öz üsulunu hazırlayan həkim Malika Adilova 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Cosmetologist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR