Bakalavriat və magistratura üzrə bəzi ixtisasların təsnifatı artırılıb

Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı genişləndirilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, qərara əsasən, XTB050109 Dövlət təhlükəsizliyi və idarəetmə ixtisası ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatına əlavə edilib.

Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaş-maların) Təsnifatı”nda edilən dəyişikliyə görə “XTM060011** Dövlət təhlükəsizliyi və idarəetmə - Dövlət təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)” ixtisası bu təsnifata əlavə edilib. Eyni zamanda qərara əsasən, Bu ixtisaslaşmaya aldıqları ixtisasdan asılı olmayaraq ali təhsilli hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının qəbul prosedurlarına uyğun olaraq magistraturaya qəbul oluna biləcəklər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR