Mahir Emrelinin qol vurduğu oyunla bağlı üsyan edildi:

“Konyaspor” klubunun prezidenti Fatih Özgökçen, “Adana Demirspor” matçındakı mübahisəli hakim qərarlarına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o, hakimin “Konyaspor”un əleyhinə verdiyi penalti qərarının doğru olmadığını ifadə edib. Fatih Özgökçen hakim Sarper Barışın qərarlarına etiraz edib.

“Bundan sonra Sarper Barış Sakanı matçlarımızda qətiliklə istəmirik. Türk futbolunu xaosa sürükləməmək, yaxşı səviyyələrə gətirmək üçün hər zaman bacardığımız qədər susmuşuq. Keçən il az qala çempionluq uğrunda mübarizə apardığımız “Rizəspor” matçında baş verənləri xatırlayırsınız. Amma yenə də türk futbolunu xaosa sürükləməmək üçün bacardığımız qədər susmağa üstünlük verdik. Bu gün bizə qarşı edilən haqsızlıq sabah başqa komandaya da edilə bilər” - Fatih Özgökçen açıqlama verib.

Qeyd edək ki, matça start heyətdə başlayan Azərbaycan millisinin futbolçusu Mahir Emreli 40-cı dəqiqədə komandasının yeganə qolunu vurub. 48-ci dəqiqədə Adana təmsilçisində David Akintola qırmızı vərəqə alaraq meydandan qovulub. Azərbaycanlı forvard isə 60-cı dəqiqədə əvəzlənib. Oyun “Adana Demirspor”un 2-1 qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR