11-ci sinif şagirdi özünü binadan atması ilə bağlı

Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi İslamov Elşən Xalid oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib.

Metbuat.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən xəbər verilib.

    Məlumata görə, intiharın səbəbi hələlik tam məlum deyil.

    Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

    Həmçinin oxuyun: İmtahanda az toplayan 17 yaşlı oğlan intihar etdi - VİDEO

    Qeyd olunub ki, məsələ ilə bağlı ictimaiyyətə daha ətraflı məlumat veriləcək: "Eyni zamanda, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır. Hadisə ilə bağlı rayon prokurorluğu və Regional Təhsil İdarəsi tərəfindən müvafiq araşdırmalar aparıldığı bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərinə araşdırmaların nəticələrini gözləmək tövsiyə edilir".

    Xatırladaq ki, şagirdin buraxılış imtahanında az bal topladığı üçün intihar etdiyi barədə məlumatlar yayılıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR