“WhatsApp” bu funksiyanı hamı üçün əlçatan edir -

“WhatsApp” iOS versiyasında yenilik edib.

Metbuat.az xəbər verir ki, yenilik sayəsində istifadəçilər “Apple Photos” proqramındakı fotoşəkillərdən istifadə edərək, öz stikerlərini yarada bilərlər. Bildirilir ki, bu “WhatsApp” üzərində işlədiyi hərəkətli smaylik funksiyasının bir hissəsidir. Bu funksiya hazırda masaüstü kompüterdə beta formasında sınaqdan keçirilir və onun tezliklə hər kəs üçün əlçatan olacağı gözlənilir.

Bəzi kiçik, lakin müsbət dizayn yeniləmələrini də planlaşdıran şirkət tezliklə istifadəçilərə başqalarına ötürülən şəkillərə, videolara, GIF-lərə və sənədlərə xüsusi annotasiyalar əlavə etməyə imkan verəcək. Tətbiq həmçinin parametrlərə axtarış sistemini də daxil edəcək. Beləliklə, istədiyiniz parametri mətndən seçərək asanlıqla tapmaq olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR