“Biz ilk növbədə silah tədarükü məsələsini müzakirə etdik”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında belə deyib.

O bildirib ki, uzaqmənzilli müasir aviasiya, artilleriya və zirehli texnikaların tədarükünü ləngitmək olmaz: “Müvafiq qərarları təxirə salmaq sülh üçün vaxt itirmək deməkdir”.

Qeyd edək ki, Stoltenberq Kiyevdə səfərdədir.