Bu gün "Qaynarinfo.az" xəbər portalının 16 yaşı tamam olur.

Metbuat.az xəbər verir ki, "Qaynarinfo" 25 aprel 2007-ci il tarixində fəaliyyətə başlayıb. Yarandığı ilk gündən sayt dünyada və ölkəmizdə baş verən hadisələri operativ şəkildə oxucularına təqdim edir. "Qaynarinfo" uzunömürlü azərbaycandilli xəbər saytlarından biridir. Hər gün onminlərlə oxucunun etibar etdiyi, üz tutduğu xəbər resursudur.

Saytın təsisçisi və redaktoru Zahid Əzəmətdir.

Metbuat.az kollektivi adından həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayırıq.