ABŞ-ın ermənipərəst konqresmenləri yenə niyə fəallaşıblar? -

ABŞ Konqresinin bir qrup ermənipərəst konqresmeni yenə fəallaşıb, Azərbaycanın Ermənistanla sərhədlərini nəzarət altına alınmasına qarşı bəyanatlar verirlər.

Metbuat.az xəbər verir ki, Atlas” Araşdırmalar Mərkəzinin ekspertləri məsələ ilə bağlı təhlillərində qeyd edirlər ki, Konqres Ermənistanın siyasəti ilə bağlı sərt bəyanat verməlidir.

"ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları nəzarət altında saxlamağa çalışır. Çünki, Vaşinqton hesab edir ki, Rusiyaya qonşu olan bir qisim ölkə sanksiyaları nəzərə almırlar. Bu baxımdan ABŞ maliyyə nazirinin müavini Elzabet Rozenberqin Mərkəzi Asiya ölkələrinə səfəri diqqət mərkəzindədir. O keçirdiyi görüşlərdə Mərkəzi Asiya ölkələrini Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıqdan çəkindirməyə çalışıb. Bundan əvvəl Mərkəzi Asiya ölkələrinə dövlət katibi Entoni Blinken və digər amerikalı rəsmilər səfər etmişdilər. Onlar da səfər etdikləri ölkələri Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıqdan imtinaya çağırmışdılar. Avropa İttifaqının nümayənlərinin də Mərkəzi Asiya ölkələrinə səfərləri qeydə alınıb".

ABŞ və Avropa İttifaqı bir sıra dövlətlərə seçim təklif edib: Ya dünya iqtisadiyyatı çərçivəsində əməkdaşlığa davam etmək, ya da Rusiyaya maddi dəstək qarşılığında məhrumiyyətlərlə üzləşmək. Mərkəzin ekspertlərinin fikrincə, Vaşinqton və Brüsseldə hesab edirlər ki, bir qisim dövlətin Rusiya ilə idxal-ixrac əməliyyatları artıb. Bu da Vaşinqton və Brüsseldə şübyə yaradıb ki, həmin dövlətlər ABŞ və Avropadan aldıqları məhsulları sonradan Rusiyaya satırlar.

"ABŞ Maliyyə Nazirliyinin siyahısında şübhəli 18 dövlətin adı çəkilib. Bunların içərisində Mərkəzi Asiya ölkələri ilə yanaşı Ermənistan da yer alıb. Ermənistanın son aylarda Rusiyaya ixracı xeyli dərəcədə artıb. Bu Qərbdə şübhələr yaradıb ki, Ermənistan Kremlin istəyi ilə Qərb ölkələrindən aldığı məhsulları Rusiyaya ötürür. Mexanizm belədir: Rusiyanın sanksiya altında olan şirkətləri lazımi avadanlıqları əldə etmək üçün Ermənistan banklarına pul köçürür, həmin pulla Ermənistan Qərbdən gərəkli avadanlıqları alaraq Rusiyaya ötürür. Ermənistandan fərqli olaraq Qazaxıstan Rusiya ilə ixdal-ixrac əməliyyatlarında ehtiyatlı mövqeyə üstünlük verməyə çalışır. Təsadüfi deyil ki, Astana bir müddət əvvəl Moskvadakı ticarət nümayəndəliyini qapadıb".

Analitiklərin təhlilinə əsasən, Vaşinqton Pekinin də Rusiyanı sanksiyalardan qurtarmağa çalışdığını müşahidə edir. Çinin nəhəng şirkətləri Qərb sanksiyalarıyla hesablaşaraq Rusiya ilə ticarətə diqqət yetirirlər.

"Çünki Çinin həmin şirkətləri Qərbin sanksiyaları ilə üzləşmək istəmirlər. Bu halda həmin şirkətlər ABŞ və Avropa bazarını itirə bilərlər. Buna baxmayaraq, rəsmi Pekinin regional siyasəti Rusiyanın xeyrinədir və Kreml bu yolla sanksiyalardan qurtulmağa çalışır. Misal üçün Pekinin Səudiyyə Ərəbistanı ilə İranı barışdırması Moskvanın işinə yarayıb. Pekin Körfəz ölkələriylə sıx əlaqələr qurmaqla ABŞ-ın bu bölgəyə təsirini azaltmağa çalışır. Belə olan halda körfəz ölkələri həm İran, həm də Rusiya ilə əlaqələr qurmağa başlayırlar. Səudiyyə Ərəbistanı martın ilk 10 günündə Rusiyadan 2.5 milyon ton dizel yanacağı alıb. Vaşinqtonda şübhələnirlər ki, Səudiyyə Ərəbistanı Rusiyadan aldığı nefti emal etdikdən sonra müxtəlif ölkələrə satır. Bu səbəbdən Vaşinqton Ər-Riyadla dialoq genişləndirib. Pekinin vasitəçilik təşəbbüsləri və körfəz ölkələrinin İranla dialoqu Vaşinqtonda narahatlıq doğurub",- deyə

“Atlas” Araşdırmalar Mərkəzinin ekspertləri qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR