Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib -

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Metbuat.az xəbər verir ki, ağacəkmə aksiyasının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir. Aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyada iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün media nümayəndələri ilə keçirilən ağacəkmə aksiyası zamanı hər kəsi bu aksiyalara qoşulmağa dəvət edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib ki, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır: "Ulu Öndər həmişə jurnalist peşəsinə dərin hörmət bəsləyib, mətbuat işçiləri ilə yaxın təmasda olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məbuat azadlığı ilə bağlı konkret müddəalar əksini tapıb. 2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Heydər Əliyevin “Jurnalistlərin dostu” seçilməsi Ümummilli Liderin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub. Ümummilli liderimiz Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, jurnalistlərin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri Ulu Öndərimizi həmişə qədirbilənliklə anacaqlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR