"Əl-Nəsr" Ronaldo ilə müqaviləni pozur? -

“Əl-Nəssr” klubunun prezidenti Musalli Al-Muammar Kriştiano Ronaldonu transfer etdiklərinə görə peşman olduqlarını bildirib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Ronaldo gözlənilən uğurlu oyunu sərgiləyə bilmir.

“Həyatımda cəmi 2 dəfə aldadılmışam. Birincisi 3 kabab sifariş verdiyim zaman aldadılmışam. Çünki onda 2-si gəlmişdi. İkincisi isə Kriştiano Ronaldo ilə müqavilə imzaladıq” - klub prezidenti deyib.

Qeyd edək ki, Ronaldo "Əl-Nəsr"lə 2,5 illik müqavilə imzalayıb. Portuqaliya millisinin üzvü illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR