Milli kino telekanalı yaradılsın -

Azərbaycanda milli kinolarla bağlı kanalın açılması təklif edilir.

Metbuat.az xəbər verir ki, “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilmiş Kino Forumundan sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı Mədəniyyət nazirliyinə təkliflər təqdim edib.

Təkliflərə kino təhsili, kinonun maliyyələşmə siyasəti, kinofestivallar, kino sahəsində icitimai təşkilatlar, Kino evinin təsisi, yaradıcılıq və ideologiya, Dövlət Film Fondunun texniki təchizatının yenilənməsi, sosial siyasət və milli kino telekanalının təsisi daxildir.

Bundan əlavə, həmçinin milli kinonun müsbət imicinin formalaşması, təbliği üçün milli filmlərin nümayişi üzrə formalaşan “Bizim kino” televiziya kanalının təsis edilməsi təklif edilib: "Azbüdcəli kabel telekanalı olaraq milli kinonun təbliği layihənin əsas məqsədi olmalıdır", - deyə AKİ-dən bildirilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirir ki, belə bir kanalın təsisi, milli filmlərimizin reytinqini, tamaşaçı sayını artırar, yeni filmlərin geniş tamaşaçı kütləsi tərəfindən tanınmasına səbəb olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR