Avropa Ukraynalı qaçqınlara maliyyə dəstəyini azaldır - "Bloomberg"

Şərqi Avropa ölkələri ukraynalı qaçqınlara maliyyə yardımını kəsməyə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Onun sözlərinə görə, bir çox ölkələr Polşa, Rumıniya, Slovakiya və Çexiya da daxil olmaqla ukraynalı qaçqınların saxlanması xərclərini azaltmağa başlayıblar. Rumıniya hakimiyyəti dörd ay əvvəl ukraynalılara mənzil almaq üçün vəsait ayırmağı dayandırıb və bu həftə isə onlar Ukraynadan olan təxminən yüz min qaçqının ödənişlərini yarıya endirmək qərarına gəliblər.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İdarəsinin məlumatına görə, müharibə başlayandan bəri Ukraynadan Avropa ölkələrinə ümumilikdə 8 milyon 104 min 606 qaçqın gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı