Səhhətinə görə vəzifəsindən gedən nazir müavini özünə şirkət açdı

Azərbaycanın keçmiş təhsil nazirinin müavini Məhəbbət Vəliyeva şirkət yaradıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, onun sahibi olduğu “Savad Mərkəzi” MMC-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 184, mənzil 3, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Məhəbbət Məhərrəm qızı Vəliyevadır.

Məlumat üçün qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. O, 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı