“Qəhrəmanlıq elegiyası” klipinin təqdimatı olub - FOTO / VİDEO

Aprelin 28-da H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə, bəstəkar Lalə Şirinin 44 günlük Vətən müharibəsi zamanı şanlı Zəfər Qələbəmizlə tarix yazan qəhrəmanlara həsr olunmuş “Qəhrəmanlıq elegiyası” adlı klipin təqdimat gecəsi keçirilib.

Metbuat.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı Turan Novruzova qonaqları salamlayaraq təqdimatın mahiyyəti, bəstəkarın yaradıcılığı haqqında ətraflı məlumat verib. Sonra klip nümayiş olunub. Tədbir iştirakçıları ekran əsərini göz yaşları və alqışlarla qarşılayıb. Tədbirdə Şəhid anaları, qazilər, elm və mədəniyyət, qələm adamları, klipin yaradıcı heyəti iştirak edib. Onlar Zəfərimizin tarixindən, nümayiş olunan klipdən danışıb. Tədbirin musiqili qonaqları olan Polad Quliyev "Səngər", Fidan Atakişiyeva "Vətənim", Rəsul Məmmədov "Mənim Azərbaycanım" adlı mahnılarla, vətənpərvər ruhlu ifaları ilə tədbirə xüsusi gözəllik qatıb.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı şanlı Zəfər Qələbəmizlə tarix yazan qəhrəmanlara həsr olunmuş “QƏHRƏMANLIQ ELEGİYASI” klipin müəllifi Lalə Şirin, rejissor və montajçı Teymur Bayramov, rejissor köməkçisi Gülnar Seyidli, operator Rüfət Yaqubov, aranjiman Emil Murad, geyim üzrə rəssam Aysel Məmmədova, qrim Aybəniz Ghorbani, saç ustası Gülbəniz Cabbarova, aksesuar Səbinə Cəfərovaya məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR