Hacı Şahini o əvəz etdi

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sədr bildirib ki, məscidə Əli Şərbətov imam təyin olunub və o bu gün təqdim olunacaq.

Xatırladaq ki, daha əvvəl “Məşədi Dadaş” məscidinin imamı ilahiyyatçı Hacı Şahin Həsənli olub. O, martın 2-də səhər saatlarında 48 yaşında ürəktutmadan dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR