Sabiq bələdiyyə sədri faciəvi şəkildə öldü - FOTO

Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Metbuat.az-a Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, mayın 3-ü Astarada meşəlik ərazidə 1969-cu il təvəllüdlü Astara rayon sakini Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə qətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib. Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, Eynəli Əzizli müəllim və sabiq bələdiyyə sədri olub.


15:52

Astarada qətlə yetirilən şəxs müəllim və sabiq bələdiyyə sədri imiş.

Metbuat.az Report-a istinadən xəbər verir ki, iki gün əvvəl itkin düşdüyü bilinən və bu gün meşə massivində meyiti tapılan rayonun Dirya kənd sakini, 54 Eynəli Calal oğlu Əzizov əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Onun heyvandarlıq təsərrüfatının və ticarət obyektinin olduğu bildirilir.

Həmçinin E.Əzizov qətlə yetirildiyi qonşu Şümrüd kənd məktəbində vaxtı ilə müəllim işləyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı