Rusiyanın Krasnodar vilayətində yerləşən neft emalı zavoduna pilotsuz uçuş aparatı ilə hücum təşkil edilib.
Metbuat.az Tass-a istinadən xəbər verir ki, PUA hücumu nəticəsində neft emalı zavodunun su anbarlarında yanğın baş verib. Krasnodar qubernatoru Veniamin Kondratyev sosial media hesabında qeyd edib ki, yanğınsöndürənlər və Fövqəladə Hallar Nazirliyinin qrupları su anbarlarında baş verən yanğını söndürmək üçün işlərini davam etdirirlər. Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir.
Bundan əvvəl, Kreml, Ukraynanın Rusiya prezidenti Vladimir Putinin Kreml sarayındakı iqamətgahına pilotsuz təyyarələrlə hücum etməyə cəhd etdiyini açıqlayıb.