​"Avroviziya 2023"də xalları o təqdim edəcək

"Avroviziya 2023" finalında Azərbaycan münsifləri adından xalları təqdim edəcək şəxsin kimliyi bəlli olub.

Metbuat.az xəbər verir ki, İTV-də çalışan aparıcı Nərmin Salmanova bu il keçiriləcək müsabiqədə sözügedən işi icra edəcək.

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları "Tell me more" mahnısı ilə təmsil edəcək.

Xatırladaq ki, ötən il də Nərminin xalları səsləndirəcəyi açıqlanmışdı. Yarışma gecəsində texniki problem yaşandığı üçün Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, Martin açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı