Bu icra hakimiyyətində YOXLAMA aparılır

Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb.

Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, icra hakimiyyətində maliyyə məsələləri ilə bağlı araşdırma aparılır.

Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov açıqlamasında qurumda yoxlama aparıldığını təsdiqləsə də, yoxlama aparan qurumun adını açıqlamayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı