Putini qartallar mühafizə edəcək

Kreml sarayına PUA ilə edilən hücum Rusiyanı təşvişə salıb.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mühafizəsini təmin etmək üçün yeni birlik qurulur. Maraqlısı budur ki, yeni qurulacaq birlik qartallardan ibarət olacaq. Təlim keçmiş qartallarla Kremlə hücum edəcək pilotsuz təyyarələrin zərərsizləşdirməsi planlaşdırılır. Məlumata görə, Dumanın Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev Kreml Sarayına hücumdan sonra ölkədə mühüm infrastrukturların qorunması üçün təlim keçmiş qartallardan ibarət xüsusi donanma yaradılmasını təklif edib.

“Dronun Kremlə çatması mənim üçün təhqirdir” deyən vitse-prezident Juravlevin sözlərinə görə, Kremlə hücum Ukrayna kəşfiyyatı tərəfindən həyata keçirilib. Juravlev, Kiyevin mərkəzinin hədəf alınması və Zelenskinin ofisininin bombalanması barədə çağırış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR