Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialına yeni direktor təyin olunub.
Metbuat.az modern.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə dosent Raqif Qasımov gətirilib.
O, bundan əvvəl UNEC-in Rəqəmsallaşdırma üzrə prorektoru vəzifəsində çalışıb.