Düzgün qidalanma və aktiv həyat tərzinin stressin idarə olunmasında mühüm rol oynayır.
Metbuat.az xəbər verir ki, uzunmüddətli stress ürək-damar, həzm və yuxu problemlərinə, immun sisteminin zəifləməsinə, həmçinin narahatlıq və depressiyaya səbəb ola bilər.
Mütəxəssislər stressin azalmasına kömək edən qidalar arasında maqneziumla zəngin tünd yaşıl yarpaqlı tərəvəzlər və çərəzləri, omeqa-3 mənbəyi olan somon, skumbriya, qoz və kətan toxumunu qeyd edib.
Yulaf, kinoa, meyvə və tərəvəzlərin də rasiona daxil edilməsini tövsiyə edib. Qatıq və turşu kimi fermentləşdirilmiş qidaların bağırsaq sağlamlığını dəstəklədiyini, bunun da əhval-ruhiyyəyə müsbət təsir göstərə biləcəyini bildirib. Ölçülü miqdarda tünd şokoladın da stress hormonlarının azalmasına kömək edə biləcəyini qeyd edir.
Qidalanma ilə yanaşı, həftədə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki aktivlik, meditasiya, yoqa və nəfəs məşqlərini tövsiyə edilir.
Həmçinin gecə 7-9 saat keyfiyyətli yuxunun və sağlam sosial münasibətlərin də stressin idarə olunmasında vacib rol oynayır.