Almaniyanın keçmiş kəşfiyyat rəhbəri Avqust Haninqlə bağlı aparılan araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr “AnewZ”ə bildiriblər.
Mənbələrin sözlərinə görə, Almaniya kəşfiyyat orqanları Azərbaycan tərəfinə işin digər ölkələrlə bağlı olduğunu çatdırıblar.
Mənbələr həmçinin Hanninqin əldə etdiyi iddia edilən məxfi materiallardan əsas materialları üçüncü tərəflərə vermədən analitik hesabatlar hazırlamaq üçün özü istifadə etdiyini bildirirlər. Almaniya prokurorları xarici kəşfiyyat xidmətlərinin və ya əlaqəli ölkələrin adlarını açıq şəkildə açıqlamayıblar.
Qeyd edək ki, Azərbaycanın Media və Yayım Şurasının bu gün yaydığı bəyanatda Azərbaycanın adının hallandırılması ilə yayılan bu kimi məlumatların dezinformasiya xarakteri daşıdığı və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilib.