"Turan yolundan uzaqlaşdıran, Qarabağla bağlı da eyni davranacaq"

"Türkiyənin hazırki iqtisadi vəziyyəti nə olursa olsun, bu ölkənin hazırki regional və beynəlxalq güc olma imici Ərdoğanın sayəsindədir. Qarşıdan gələn seçimlərdə Kemal Kılıçdaroğlunun qazanacağını ehtimal etmirəm".

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva deyib. Politoloq hesab edir ki, AKP hakimiyyətinin gördüyü uğurlu işlər nəticəsində Türkiyə dünyanın diqqət mərkəzinə çevrilib.

Züriyyə Qarayeva

"Türkiyə ABŞ diktəsində xarici siyasət yürüdən ölkədən müstəqil ölkəyə çevrilib. Bu ölkə AKP-nin uğurlu enerji diplomatiyası sayəsində Avropanın əsas qaz təchizatçısıdır. Aralıq dənizinin şərqində mövqelərini qətiyyətlə qoruyan, əzilən tərəflərin, müsəlman ölkələrinin yanında güclü ittifaqlara rəğmən dayanan, ölkəsini terror yuvalarının təxribatlarından təmizləyən Ərdoğan hakimiyyətidir. Türkiyəni 60-70-ci illər təcrübəsini yaşamaqdan xilas edən, xaotik siyasi sistemdən qurtaran, ayda bir hökumət dəyişən idarəçilikdən qurtaran Ərdoğan hakimiyyətidir. Bütün dünyanın nizamını dəyişmək iqtidarında olan raketlərin istehsalçısı bugün Türkiyədir və bu sənayenin inkişafına töhvə verən də AKP hakimiyyəti olub".

Züriyyə Qarayeva onu da xatırlatdı ki, məhz Ərdoğan hakimiyyəti dönəmində iki qardaş ölkə arasında münasibətlər indiki pik vəziyyətə qalxa bildi.

"Düşünürəm ki, qardaş türk xalqı həm də qardaş ölkəsinə olan münasibəti də sandıqlarda hiss etdirəcək. Bugün Azərbaycanın formalaşmasına bütün gücünü qoyduğu, reallaşması yolunda fundamental addımlar atdığı Orta dəhlizdən və ya Turan yolundan ölkəmizi uzaqlaşdırmaq niyyətində olan şəxs əminəm ki, hakimiyyətə gələrsə, Qarabağ məsələsində də eyni mövqeni göstərəcək".

Xatırladaq ki, Millət İttifaqının prezidentliyə namizədi, CHP lideri kamal Kılıçdaroğlu seçki öncəsi “böyük layihəsi”ni təqdim edib. Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqda məlumatı və təqdim etdiyi xəritə məxsusən azərbaycanlıları şoka salıb. Belə ki, Kılıçdaroğlunun canlandırmağı hədəflədiyi “Yeni İpək Yolu” Azərbaycandan keçmir.

Gülbəniz Hüseynli / Metbuat.az

Bunu da oxuya bilərsiniz.

Azərbaycansız “Türkün yolu” layihəsi: Kılıçdaroğlunun əsl məqsədi nədir?


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı