Tural və Turanın məğlubiyyətdən sonrakı görüntüsü - FOTO

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Liverpul şəhərində "Avroviziya-2023" mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.

Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşları finala vəsiqə qazana bilməyib.

Əkizlərin ötən gecə baş tutan çıxışdan sonrakı görüntüsü yayılıb. Fotoda onların "Avroviziya 2011" qalibi, Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımovu qucaqlamaları əks olunub.

Qeyd edək ki, final mayın 13-də keçiriləcək. Təmsilçilərimiz "Tell me more" mahnısı ilə Azərbaycanı təmsil edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR