İlham, Mehriban, Heydər və Ərdoğanın anası: "Yeddi il sonra dünyaya gəliblər"

Bakıda dünyaya gələn dördəmlərin ailəsinə doğum haqqında şəhadətnamələr təqdim edilib.

Metbuat.az bildirir ki, şəhadətnamələrin təqdim edilməsi Yasamal Rayon İcra Hakimiyyəti yanında Heydər Əliyev Mərkəzində həyata keçirilib.

Oxu.az-ın məlumatına görə, uşaqların anası 29 yaşlı Aynur Məmmədli qeyd edib ki, onlar 7 ildən sonra dünyaya gəliblər: “Dördəm olacağını eşidəndə çox həyəcanlandım. İnşallah, onları cəmiyyətə faydalı vətəndaş kimi yetişdirəcəyik. Yoldaşımın da, mənim də ailələrimizdə əkizlər var. Uşaqların nənəsi özü də əkiztayıdır. Uşaqlar Perinatal Mərkəzdə dünyaya gəliblər. Mehriban, Heydər, İlham və Ərdoğan adlarını uşaqlara qayınatam qoyub”.

Ana deyir ki, uşaqların sağlamlığı qaydasındadır: “Qızımın çəkisi 1,2 kiloqram, iki oğlum 1,3 kq, biri isə 1,4 kq-dır. Həkimlər hər şeyin yaxşı olduğunu deyirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı