Ərdoğandan İncənin geri çəkilməsinə reaksiya: Təəssüfləndim, kaş ki...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət partiyasının sədri Məhərrəm İncənin namizədliyini geri götürməsinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o deyib:

“Məhərrəm İncəyə nə olduğunu bilmirəm, təəssüfləndim. Kaş ki, bu yarış sona qədər belə davam etsəydi. Buradan sizə siyasi ipucu verim; çirkinləşən tərəf itirəcəyini dərk edən tərəfdir. Bəziləri kaset süjeti ilə çirkinləşir, bəziləri pis sözlərlə çirkinləşir”.

Qeyd edək ki, Məmləkət partiyasının sədri Məhərrəm İncə barəsində saxta məlumatların paylaşıldığını əsas gətirərək, namizədliyini geri çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı