Mourinyodan PSJ-nin "təklifinə" maraqlı reaksiya

“Roma”nın baş məşqçisi Joze Mourinyo PSJ-nin ona təklif göndərməsi ilə bağlı iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, Mourinyo PSJ-nin onunla əlaqə saxlaması barədə xəbərlərə gülüb. Məşqçi PSJ-dən onunla heç kimin əlaqə saxlamadığını qeyd edib. "Sky İtalia"ya danışan Mourinyo zarafatla "Zəng ediblərsə də, mənimlə əlaqə saxlaya bilməyiblər. Mən onlarla danışmamışam" deyib.

Qeyd edək ki, PSJ-nin ulduz futbolçularla dolu olan heyətini idarə etmək üçün daha yaxşı məşqçi gətirməyə çalışdığı iddia edilir. Joze Mourinyo ötən mövsüm "Roma" ilə UEFA Konfrans Liqasının qalibi olub. Mourinyo bu mövsüm isə “Roma”nı Avropa Liqasında yarımfinala yüksəldib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı