Sadio Mane Türkiyə nəhənginə keçir

"Bavariya"nın mövsümün sonunda yollarını ayırmağa qərar verdiyi 31 yaşlı dünya ulduzu Sadio Mane üçün "Fənərbaxça" hərəkətə keçib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Fənərbaxça" həm klubla, həm də futbolçunun meneceri ilə əlaqə saxlayıb. "Liverpul" karyerasından sonra Almaniyaya yollanan təcrübəli futbolçunun komanda daxilində çoxlu problemləri olub və əsas heyətə düşmə fürsətini itirib. Bir müddət heyətdən kənar qaldıqdan sonra heyətə qayıdan ulduz futbolçunun mövsüm sonunda komandadan ayrılmağı planlaşdırdığı bildilir.

Sadio Mane üçün "Liverpul"a 32 milyon avro ödəyən "Bavariya"nın futbolçunu 20 milyon avroya sata biləcəyi iddia edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı