Naxçıvanda deputatlarının maaşı artırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının gündəliyində duran məsələlərdən biri də “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanununda dəyişiklik edilməsi idi.

Sözügedən məsələ bu sessiyada öz həllini tapıb.

Beləki, əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla, deputatların əmək haqqı 950 manat müəyyən edilib. Buna qədər deputatların maaşı 750 manat olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı