Naxçıvanda nazir və müavini işdən çıxarıldı - YENİ TƏYİNAT

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev və onun müavini Bədəl Həsənov vəzifədən azad olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Ali Məclisin sədrinin birinci müavini Azər Zeynalov sərəncamlar imzalayıb.

İmzalanan digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar Mustafayevə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Xanlar Mustafayevi bu gün kollektivə təqdim ediblər.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı