​“Türk axını”nı mühafizə edən gəmiyə hücum edildi

“Türk axını” və “Mavi axını” boru xəttinin mühafizəsini təmin edən Rusiya donanmasının döyüş gəmisinə hücum edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, hücum Bosfor boğazından 140 kilometr şimal-şərqdə Ukraynaya məxsus pilotsuz dəniz gəmiləri tərəfindən həyata keçirilib. Hücumda Ukrayna donanmasına aid 3 pilotsuz dəniz krateri iştirak edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin bütün kraterləri məhv edilib və hücum dəf edilib. Ekipaj hücumu dəf edərək təhlükəsizliyi təmin edib.

Qeyd edək ki, “Şimal axını 1” və “Şimal axını 2”də baş vermiş hücumdan sonra Rusiya ordusu belə strateji yerləri qorumaq üçün tədbirlər görüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı