​Qubada Prezident Kubokuna start verildi

Azərbaycanda ilk dəfə keçirilən tam məsafəyə marafon qaçış yarışına start verilib.

Metbuat.az AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident Kuboku uğrunda yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər Qaçış Klubu"nun birgə təşkilatçılığı ilə keçirilir.

2024-cü ilin İdman paytaxtı Qubada təşkil olunan marafonda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan və Belçika təmsilçiləri də yer alıblar. Yarışda ümumilikdə 130 atlet mübarizə aparır.

Yarışdan əvvəl Quba Olimpiya İdman Kompleksində marafonun açılış mərasimi keçirilib. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Atletika Federasiyasının prezidenti Cavid Qurbanov çıxış edərək, ölkəmizin idman sahəsində qazandığı nailiyyətlərdən danışıb, marafon iştirakçılarına uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra yarışa start verilib.

Marafon iştirakçıları 42 kilometr 195 metr məsafədə yarışırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı