Misli Premyer Liqasının XXIX turunda "Kəpəz" səfərdə "Sabah"a qalib gəlib.
Metbuat.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan oyunda gəncəlilər 1:0 hesablı qələbəyə sevinib.
Yeganə qolu 41-ci dəqiqədə Valdemar Almeyda vurub.
"Bayquşlar" 36 xalla turnir cədvəlində beşincidir. 27 xalı olan qərb təmsilçisi isə doqquzuncu pillədə yer alıb.