"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova yeni planşet hədiyyə edilib.
Metbuat.az xəbər verir ki, "Araz-Naxçıvan"la Azərbaycan Kuboku uğrunda matçda "iPad"ini qıran təcrübəli mütəxəssisə futbolçuları tərəfindən yenisi verilib.
Qeyd edək ki, "Qarabağ" həmin matçda Naxçıvan təmsilçisinə minimal hesabla məğlub olub - 0:1. Hakimin verdiyi penalti qərarına əsəbləşən Q. Qurbanov planşetini sındırıb.