"İkitərəfli əsasda götürüldükdə, ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir".
Metbuat.az xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.
“Həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Biz hamımız buna çox şadıq”, - deyə Rusiya Prezidenti bildirib.