Rasim Balayev yüksək məbləğdə qrant aldı - MƏBLƏĞ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Metbuat.az yenisabah.az-a istinadən xəbər verir ki, “Qərbi azərbaycanlıların qayıdış konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin qalibləri arasında tanınmış şəxslər də var.

“Azərbaycan Kinematoqrafçılar İttifaqı” ictimai birliyinin təqdim etdiyi “Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı layihə müsabiqənin qalibi olub. QHT Agentliyi Xalq artisti Rasim Balayevin rəhbəri olduğu layihənin icrasına 28 500 manat vəsait ayırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı