Bakıda toy karvanında 10-a yaxın maşın toqquşdu - VİDEO

Bakıda zəncirvari qəza olub.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Balaxanı-Binəqədi şossesində qeydə alınıb. Toy karvanında gəlin maşını və onları müşayiət edən 10-a yaxın avtomobil bir-birinə çırpılıb.

Qəzaya düşən avtomobillər arasında gəlin maşınının da olduğu bildirilir.

Hadisə səbəbilə yolda tıxac yaranıb. Xəsarət alanların olması barədə məlumat yoxdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR