Kiyevə “Şahed” və digər pilotsuz uçuş aparatları ilə hücum olub.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
20-dən çox hava hədəfi vurulub.
Dronlaral kütləvi hücum zamanı bir nəfər ölüb biri isə xəstəxanaya yerləşdirilib.
“35 yaşlı qadın yanacaqdoldurma məntəqələrindən birinin binasının yaxınlığında PUA-nın dağıntılarının düşməsi nəticəsində paytaxtın Solomenski rayonundakı xəstəxanaya yerləşdirilib. 41 yaşlı kişi isə dünyasını dəyişib”, - deyə Kiyev meri Kliçklo bildirib.
Həmçinin PUA-nın 7 mərtəbəli qeyri-yaşayış binasına dəydiyi və yanğın baş verdiyi qeyd olunub.