Qız tərəfindən getdi, elçiliyin qurbanı oldu - Vüsalın qətlinin TƏFƏRRÜATI / VİDEO

Aprelin 23-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlı qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, 37 yaşlı Vüsal elçilik zamanı yaranan mübahisə zəminində öldürülüb.

Belə ki, hadisədən bir neçə gün əvvəl həmin kənddən olan 1993-cü il təvəllüdlü Rüfət Əlizadə vaideynlərini Cəlilabad rayonuna - sevdiyi qızın ailəsinə elçi göndərib. Lakin elçilik zamanı tərəflər arasında razılıq əldə edilməyib. Bundan sonra Rüfət xəbər göndərərək qızı qaçıracağını bildirib. Qızın ailəsi bundan narahat olub və qohumlar Cəlilabaddan Biləsuvarın kəndinə yola düşərək məsələni müzakirə etmək istəyiblər.

Biləsuvara gedən qohumlar arasında qızın yaxın qohumu olan Vüsal İlhamlı da olub. Münaqişə zəminində Rüfət Əlizadə qızın qohumu V.İlhamlıya ürək nahiyəsindən bıçaqla bir zərbə endirib. Ağır xəsarət alan şəxs hadisə yerində vəfat edib.

Ətraflı "AStar"ın hazırladığı reportajda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı