Bu 3 bürc yaxın günlərdə pul içində üzəcək

May ayının son günlərində Venera Xərçəng bürcünə keçir. Bu astroloji hadisə bir neçə bürcün həyatına uğur gətirəcək.

Metbuat.az qarşıdakı bir neçə gündə həyatında maraqlı hadisələrə şahid olacaq bürclər haqqında məlumatı təqdim edir.

Əkizlər bürcləri bu keçid zamanı çox gülümsəyəcəklər. Astroloqların proqnozlarına görə, onlar maddi problemlərinin həlli yolunda müsbət xəbərlər eşidəcəklər.

Venera Xərçəng bürcünə girdiyi üçün bu bürcün nümayəndələrini də xoş xəbərlər gözləyir. Xüsusən sərvət qazanmağın yeni yolları, xərcləri azaltmaq, mənfəəti artırmaq və daha çox bu kimi yeni məlumatlar əldə edib, həyatlarında yeniliyə doğru çevriliş edəcəklər.

Qız bürcünün nümayəndələri də Veneranın keçidindən müsbət təsirlənəcəklər. Onların bütün maliyyə problemləri həll olunmaqla bərabər, maaşlar da artacaqdır.

AİDƏ / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR