Konfrans Liqasında mübarizə aparacaq “Sabah” və “Qəbələ”nin II təsnifat mərhələsindəki potensial rəqiblərindən daha biri məlum olub.
Metbuat.az xəbər verir ki, Türkiyə Super Liqasını ikinci sırada bitirəcəyi dəqiqləşən “Fənərbaxça” mübarizəyə bu raunddan başlayacaq.İstanbul təmsilçisi “Neftçi”nin də qərarlaşdığı səpələnmişlər səbətində yer alacaq və Azərbaycanın digər iki klubunun mümkün rəqibləri arasında olacaq. “Fənərbaxça” Türkiyə Kubokunun finalındadır. İstanbul təmsilçisi həlledici görüşdə “Başakşəhər”i məğlub etsə, Avropa Liqasına yollanacaq. Konfrans Liqasının püşkatma mərasimi iyunun 21-də atılacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər: “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbaxça” (Türkiyə), PAOK (Yunanıstan), “Makkabi” (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budyo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), ”Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Aris” (Saloniki, Yunanıstan)
Səpələnməmişlər: “Voyvodina” (Serbiya), “Lütsern” (İsveçrə), “Bohemians” (Çexiya), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Borats” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo” (Belarus)