​Rusiya Ukrayna donanmasının son döyüş gəmisini vurdu

Rusiya ordusu Ukrayna donanmasının son döyüş gəmisi olan "Yuriy Olefirenko"nu məhv edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, gəmi Odessa limanına hücum nəticəsində məhv edilib. Məlumata görə, tərəflər arasında hazırda Donetskin Avdeyevka bölgəsində güclü qarşıdurma gedir. Açıqlamaya görə, Rusiya ordusu bölgəyə raket hücumları təşkil edir. Ukrayna ordusunun Donetskdəki Krasnoqorovka və Yasinovataya qəsəbələrindən geri çəkildiy qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı