Kirayə evlər bu tarixdən ucuzlaşacaq - Ekspert

Yayda əksər kirayə evlərin qiymətləri nəzərəçarpacaq dərəcədə azala bilər.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev bildirib ki, bölgələrdə yaşayan tələbələr imtahandan sonra kirayə qaldıqları evləri təhvil verəcəklər:

“Nəticədə mənzillər ucuzlaşacaq”.

Ekspertin sözlərinə görə, yayda hətta 350 manata kirayə mənzil tapmaq mümkün ola bilər.

O, əlavə edib ki, ucuzlaşmanı bütün mənzillərə aid etmək olmaz. Çünki, bəzi ev sahibləri yay aylarında qiymətlər aşağı olduğundan kirayə müqaviləsi bağlamaqda maraqlı olmurlar. Bunun da özünəməxsus səbəbi var.

Bir çox hallarda ev sahibləri oğlan tələbələrə mənzil kirayə verməkdə maraqlı olmurlar. Ona görə onların müəyyən hissəsi tətildə paytaxtda qalıb mövsümi yerlərdə işləyir.

Ekspert deyir ki, kirayə qiymətlərində ucuzlaşma sentyabr ayına qədər davam edəcək. Amma sentyabrdan yenidən 20-30 faizə qədər bahalaşma ehtimalı var.

Daha ətraflı süjetdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR