"Əvvəlcə ölənə qədər döydülər, sonra isə..." - Şuşa türməsində olanlardan DANIŞDI

"1993-cü ildə Ağdam rayonun Qiyaslı kəndi işğal edildikdən sonra ermənilər bizi əsir götürdü".

Metbuat.az bildirir ki, bunu "Trend"ə açıqlamasında hal şahidi Cəmaləddin Hüseynov deyib.

"Bizi əsir götürdükən sonra ilk olaraq Əsgərana gətirdilər. Burada 1 həftə saxladıqdan sonra Şuşa türməsinə gətirdilər. Bu ərazidə adam çox idi, oturmağa dayanmağa yer yox idi. İşgəncə verirdilər, ölənə qədər döyürdülər. Ölənlər çölə çıxarılıb kütləvi şəkildə basdırılırdı" - deyə o əlavə edib.

Qeyd edək ki, Şuşada kütləvi məzarlıq aşkar olunub. Məzarlıq Şuşa türməsi ərazisində aşkarlanıb. Şuşa türməsi həndəvərində aşkar olunan kütləvi məzarlıq insanlıq əleyhinə törədilən ən dəhşətli cinayətlərdən biridir.

Bu onu göstərir ki, Şuşa türməsində hələ o vaxtlar azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işkəncələr verilib, orada amansız zorakılıqlar törədilib, ölüm hadisələrində faktlar aşkarlanıb. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı