Orta aylıq əmək haqqı bu qədər artacaq - VİDEO

"2018-ci ildə leqal əmək haqqı fondu 8 milyard manat idisə, hazırda bu rəqəm 18 milyard manata yaxındır".

Metbuat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib.

O əlavə edib ki, bu il orta aylıq əmək haqqının 1000 manata yaxınlaşacağını proqnozlaşdırılır:

“Bizim əsas hədəflərimiz şəxsin əmək bazarına daxil olarkən onun bilik, bacarıq və kvalifikasiyalara sahib olmasıdır. Proqnozlar göstərir ki, peşə təhsili olanların növbəti dövrlərdə uğurlu karyera qurma imkanları ixtisaslı şəxslərə münasibətdə daha yüksəkdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı