Azərbaycan və İspaniya arasında ticarət dövriyyəsi 92% artdı

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan və İspaniya arasında ticarət dövriyyəsi 561 milyon 836,86 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 92% çoxdur.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan İspaniyaya ixracın həcmi 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 97% artaraq 534 milyon 12 min dollara bərabər olub.

    Qeyd edək ki, cari ilin ilk 4 ayında İspaniyadan Azərbaycana idxalın həcmi 27 milyon 824,63 min dollar təşkil edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı